Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sdəri, mllət vəkili Cavid Osmanov Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində sakinlərlə görüş keçirib.

Unikal.org xəbər verir ki, görüş iştirakçıları tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanan Cavid Osmanov görüşdə son illər ərzində ölkədə görülən işlərdən söhbət açaraq Azərbaycanın tarixində olmayan bir inkişaf dövrü yaşandığını qeyd etdi. Paytaxt Bakı ilə yanaşı regionlarda da həyata keçirilən çoxsaylı infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işlərinin deyinlərə bariz nümunə olduğunu qeyd edən millət vəkili Ağdaş rayonunda da irimiqyaslı işlərin getdiyini görüş iştirakçılarının diqqətinə çatdıraraq bu prosesin onların gözü qarşısında yaşandığını vurğuladı. Cavid Osmanov bütün bunların ölkə başçısının Ağdaşa olan xüsusi diqqət və qayğısından irəli gəldiyini bildirdi. Ağdaş rayonunda aqrar sahənin son illər daha da canlandığını və insanların əkin-biçin işlərinə marağının artamsını, eləcə də dövlətin kənd adamlarına, fermerlərə verdiyi güzəştlər də xüsusilə qeyd olundu.

2019-cu ilin ilk üç ayında cənab İlham Əliyev tərəfindən imzalanan Fərman və Sərəncamlara diqqət cəkən Cavid Osmanov qeyd etdi ki, qəbul olunan bu sənədlərin hər biri sosial yönümlüdür və cənab Prezidentimizin ölkə vətəndaşlarının sosial rifah halının daim yaxşılaşdırılması üçün həyata keçirdiyi tədbirlərin bariz göstəricisidir.

Millət vəkili Cavid Osmanov Azərbaycanın inkişafını gözü götürməyən bəzi dairələrin olduğunu və həmin dairələrin radikal və anti-milli mövqe tutmuş şəxsləri ölkədə sabitliyi pozmağa yönəltdiklərini bildirərək bu gün özünü müxalifət adlandıran şəxslərin çirkin niyyətlərinin olmasının cəmiyyətdə hər kəsə bəlli olduğundan da söz açdı. Bildirdi ki, sosial şəbəkəlrdə Azərbaycan həqiqqətlərinə kölgə salmağa çalışan bu adamlar xalq tərəfindən qəbul edilmir və sadəcə xalqımız belələrinə nifrət bəsləyirlər.

Görüşdə Mirzalı Məmmədov, Şahid Əhmədov, Saqibə Əhmədova, Bayram Mustafayev, Mustafa Mustafayev, Şiraz Qafarov və Ələsgər Bəkirov çıxış edərək bildirdilər ki, bu gün Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan siyasət xalqımız tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşdırılmasına, ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz uğurla həyata keçirilən bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur. Kənd sakinləri cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini və bundan sonra da hər zaman bu siyasətə dəstək olacaqlarını bəyan etdilər. 

Çıxışlarda kənd sakinləri bildirdilər ki, hazırkı mərhələdə Azərbaycan öz milli inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyubdur. Bütün bunlar isə antiazərbaycançı mərkəzləri və erməni lobbisini ciddi şəkildə narahat edir. Komfort həyat üçün xaricə qaçaraq orada siyasi mühacir kimi özlərini qələmə verənlər də bu işdə bir alətə çevriliblər. Kənd sakinləri bu kimi anti-milli ünsrlərin cəmiyyətdə heç bir dayaqlarının olmadığını və onların xalq tərfindən sadəcə nifrətlə qarşılandığını bildirdilər.

Sonda seçiciləri maraqlandıran suallara  millət vəkili Cavid Osmanov tərəfindən cavab verildi, şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi söhbət edildi.