Sabah Sumqayıtın bəzi hissələrinə elektrik enerjisi fasilələrlə veriləcək.

Bu barədə Unikal.org-a "Azərişıq" ASC-dən bildirilib.

Qeyd olunub ki, “Sumqayıt Dəmiryolu İdarəsi” tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi səbəbindən Sumqayıt şəhərinin 6-cı,10-cu,12-ci mikrorayonlarında sabah elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.