“Azərenerji” ASC 2019-cu ilin arxada qalan birinci rübü ərzində 6.151 milyard kvts elektrik enerjisi istehsal edib.

Unikal.org xəbər verir ki, bu isə ötən ilin birinci rübü ilə müqayisədə 153 milyon kvts və ya 2,5 % çoxdur. Belə ki, ötən ilin birinci rübündə 5.998 milyard kvts elektrik enerjisi istehsal edilmişdi. 

Bundan əlavə elektik enerjisinin ixraçı da ötən ilin birinci rübü ilə müqayisədə artırılıb. Əgər 2018-ci ilin birinci rübündə qonşu ölkələrə 131 milyon kvts elektrik enerjisi ixrac edilmişdisə, 2019-cu ilin birinci rübündə 161 milyon kvts ixrac edilib. Bu isə 30 milyon kvts və ya 23 % artım deməkdir.

Bir faktı da qeyd edək ki, 2018-ci ilin birinci rübü ilə müqayisədə 2019-cu ilin birinci rübündə elektrik enerjisinin istehlakı 3,41 faiz artıb. Ən əsası isə ötən ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında istehlak 6,1 % çox olub ki, bu da kifayət qədər ciddi artım olmaqla yanaşı, elektrik enerjisinə artan təlabat tempinin getdikcə yüksəldiyini göstərir.