Növbəti görüş rayonun Qoşaqovaq kəndindən olan seçicilərlə keçirilib.
Unikal.org xəbər verir ki, görüş zamanı millət vəkili, Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov son 15 il ərzində Azərbycanda görülən işlərdən və həyata keçirilən yerli və beynəxlaq layihələrdən söz açdı. Azərbaycanın dünyanın inkişaf etməkdə olan ölkələrindən birinə çevrildiyini və beynəlxalq əhəmiyyətli layihələrin həm təşəbbüskarı, həm də icraçısı olduğunu vurğulayan Cavid Osmanov bütün bunların nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrilməsini qeyd etdi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu inkişaf mərhələsi keçməsi haqqında fikirlərini bölüşən Cavid Osmanov son üç ay ərzində start götürən sosial layihələrin həddindən artıq təqdirəlayiq bir hal olduğunu vurğulayaraq bütün bunların Azərbaycan vətəndaşlarının firavanlığı, əmin-amanlığı naminə görülən işlər olduğunu görüş iştirakçlarının diqqqətinə çatdırdı.
Bütün bunların Azərbaycana qarşı olan qüvvələri narahat etdiyini və bu səbəbdən bəzi dairələrin ölkəmizə qarşı iyrənc kampaniyalar apardıları haqqında da millət vəkili söz açdı. Radikal müxalifətin və bəzi əqidəsini pula satan anti-milli şəxslərin bu işdə vasitəçilik etdiklərinin təəssflü hal olmasına diqqət çəkdi.
Görüş iştirakçlarından Habil Əhmədov, Yusif Muradov, Qabil Mahmudov, Əmanət Lətifova, Səbinə Osmanova və Ərzamin Səmədov çıxış edərək bildirdilər ki, onlar hər zaman dövlətə, dövlətçiliyə sadiqdirlər. Bundan sonra da bu müqəddəs yolla gedəcəklərini bəyan edən kənd sakinləri xalqımza, ölkəmizə qarşı xainlik edənlərin hər zaman xalqın qəzəbinə düçar olduqlarını qeyd etdilər.
Seçiciləri maraqlandıran suallara cavab verən millət vəkili Cavid Osmanov sonda şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi söhbət etdi.