Yas mərasimində yemək yeyə bilmədiyindən hiddətlənən Şəmkir sakini kənd qəbristanlığında məzar daşlarını və güldanları sındırıb.

Unikal.org "Kəpəz" tv-yə istinadən xəbər verir ki, Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətmiş şəxsin 1993-cü ildə Şəmkir rayonunda anadan olmuş 2010 cu il tarixdən Şəmkir rayon Poliklinikasında epilepsiya yəni tez-tez qıcolma tutmaları şəxsiyyətin dəyişməsi diaqnozu ilə qeydiyyatda olan Şəmkir rayon Keçili kənd sakini Nəcəfli Çoşqun Sabir oğlunun olması müəyən edilib. Həmin şəxs1 aprel 2019-cu il tarixdə isti izlərlə tutularaq istintaqa təqdim  olunub.

Polis əməkdaşları tərəfindən saxlanılan Çoşqun Nəcəfli qəbiristanlıqda 50-dən çox məzara ziyan vurub. Saxlanılan şəxs bildirib ki, yas yerinə gec çatıb. Ona yemək gətirmədikləri üçün o da gedib qəbiristanlıqdakı güldanları dağıdıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.