Aprelin 2-də Türkiyənin İstanbul şəhərində QDİƏT PM-lə BSPC-nin birgə daimi komitə iclası keçirilib. İclasın əsas hissəsi "dənizlərin və okeanların qorunması" mövzusuna həsr edilib. İclasa sədrliyi QDİƏT PM-in sədr müavini, TBMM-in QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Cəmal Öztürk edib. 

Unikal.org-un məlumatına görə, iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Eldar Quliyev mövzuyla bağlı geniş çıxış edib. O, çıxışında Xəzər dənizində olan ekoloji vəziyyət haqqında iclas iştirakçılarına məlumat verib. Həmçinin, Eldar Quliyev Azərbaycanın ölkəmizə məxsus olan Xəzəryanı ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırmaq üçün atdığı addımlar haqqında da məlumat verib. 

Görüşdə QDİƏT PM-in İstanbulda yerləşən Beynəlxalq Katibliyinə aid olan daxili nizamnaməsində aparılacaq dəyişikliklərə bağlı müzakirələr də aparılıb.