İsrail Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav və diplomatik korpusun əməkdaşları  04.04.2019 – cu il tarixində  Azərbaycan Turizm və Menecment Unversitetində (ATMU) qonaq olublar.

Unikal.org xəbər verir ki, Universitetin rektoru İlham Mədətov diqqətə çatdırıb ki, bugünədək ali təhsil müəssisəsinin 238 tələbəsi İsrailin Isrotel otellər şəbəkəsinin müxtəlif nüfuzlu otellərində peşəkar vərdişlərə yiyələniblər. Qarşıdakı 2018/2019-cu tədris ilində daha 55 tələbəmiz İsrailə- istehsalat təcrübəsinə  yollanır. Qeyd etmək lazımdır ki, ATMU və İsrail səfirliyi arasında əlaqələrin möhkəmlənməsi və dinamik inkişafında ali təhsil müəssisəsi olaraq maraqlıyıq. 

İlham Mədətov İsraildə istehsalat təcrübəsi keçmək şansı qazanan tələbələrə öz dəyərli məsləhətlərini verib. Öz növbəsində böyük elçi təcrübəçi tələbələrə təhsil və gələcək kariyeralarında uğurlar arzulayıb. 

Həmçinin Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) turizm ixtisası üzrə təhsil alan tələbələrlə görüşü maraqlı və səmərəli olub. Kubalı diplomat iştirakçılara ölkəsinin qədim tarixi və geniş turizm imkanları haqqında ətraflı məlumat verib. Gələn ildən ATMU tələbələrinin istehsalat təcrübəsi coğrafiyasına  Kuba Respublikasının nüfuzlu otel və turizm müəssisələrinin də daxil ediləcəyini diqqətə çatdırıb.