ATMU-nun “Karyera və kommunikasiya” şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetinin, eyni zamanda  Avstriya-Azərbaycan Turizm Proqramının (AATP) məzunu, “Azərbaycan Turizm Forumu”nun təsisçisi, “Winter Park Baku”  Hotelinin meneceri Həvva Səfərovanın “Turizm təhsilinin gələcək karyeraya təsiri” mövzusunda təlim-təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Unikal.org xəbər verir ki, ali təhsil müəssisəsinin “Turizm və otelçilik” ixtisasında təhsil alan tələbələri üçün nəzərdə tutulan tədbirdə H.Səfərova turizm təhsilinin üstünlükləri, bu sahədə təhsil alan tələbələrin gələcək karyeralarında onun tətbiqi, həmçinin uğurlu karyera qurmaq üçün hansı nüanslara diqqət edilməsi suallarına detallı şərh verib.  

“Turizm təhsilinin gələcək karyeraya təsiri” mövzusuna dair tədbir geniş fikir mübadiləsi şəraitində başa çatıb.