Son 5 gün üçün Dövlət İmtahan Mərkəzi 1 aprel 2019-cu il tarixdə elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə vakant vəzifələr üzrə namizədlərin ərizə qəbulu mərhələsi haqqında statistikanı açıqlayıb.
Unikal.org-un məlumatına görə, nazirlik ümumilikdə 279 vakant yer üçün məsləhətçi vəzifəsinə, dövlət qulluğuna qəbul müsabiqəsi elan edib. Ümumilikdə 80-dan çox yer boş qalıb.
Aşağıdakı 5 vakant yerə 162 nəfər müraciət edib.
-Təminat siyasəti şöbəsi, Dövlət sosial yardımı siyasəti sektoruna məsləhətçi vəzifəsinə 14 nəfər,
-Ümumi şöbə, vətəndaşların qəbulu sektoruna məsləhətçi vəzifəsinə isə 20 nəfər,
-Nazirliyin yanında Dövlət Məşğulluq Xidməti, Rayon (şəhər) məşğulluq mərkəzləri, Sabunçu rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda aparıcı məsləhətçi olmaq üçün 22 nəfər,
-Nazirliyin yanında Dövlət Məşğulluq Xidməti, Rayon (şəhər) məşğulluq mərkəzləri, Xətai rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoruna 25 nəfər,
-Nazirliyin yanında Dövlət Məşğulluq Xidməti, Baki şəhər Məşğulluq İdarəsi, Peşə hazırlığı və sosial müdafiə sektoru 40 nəfər,
-Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondu, Xüsusi şərtlərlə təyinat idarəsi, Vətəndaş müraciətlərinə baxılması sektoruna 41 nəfər müraciət edib.