Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 1 574,7 mln. manat təşkil edib.
Unikal.org Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,3%, yanvarın 1-nə nisbətən 0,65%, ötən il martın 1-i ilə müqayisədə isə 7,4% azdır.
Fevralın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,1% təşkil edib. Bu nisbət yanvarın sonuna və ötən ilin sonuna 12,2%, ötən ilin fevralın sonuna isə 14,7% olub.