Aprelin 8-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 1,01% artaraq 1 barelə görə 71,05 dollar təşkil edib.
Unikal.org-un məlumatına görə, aprelin 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 2% artaraq 64,34 dollara bərabər olub.