Belarus Respublikasının Minsk şəhərində keçirilən “TİBO-2019” sərgi-forumunda ölkəmizi təmsil edən Milli Pavilyon “Ən Yaxşı Stend” kimi təltif edilib.
Unikal.org xəbər verir ki, pavilyonda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom”, “Baktelekom”, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, “AzInTelecom”, “Azərmarka”, Yüksək Texnologiyalar Parkı, eləcə də, “Azercell” və “Delta Telekom” şirkətləri İKT sahəsinə dair xidmət və məhsullarını təqdim edirlər.
Ölkəmiz 7 ildir ki, bu sərgi-forumda Milli Pavilyonla təmsil olunur.
Qeyd edək ki, "TIBO" Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biridir.