Kapital Bank-ın aktivləri 1 aprel 2019-cu il tarixinə 3,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,5 milyard manat olub.
Unikal.org xəbər verir ki, bankda müştəri depozitlərinin həcmi 1 aprel 2019-cu il tarixinə 2,7 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə artaraq 1 milyard manat təşkil edib.
Bankın 1 aprel 2019-cu il tarixinə tutulmalardan sonra məcmu kapitalı 391,2 milyon manat, adi və imtiyazlı səhmlər isə 225,8 milyon manat təşkil edir.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.