13 illik əri Elçin Nəcəfovun müğənni Aysel Əlizadə ilə eşq yaşadığını iddia edən Turanə Nəcəfovanın başı üzərindən qara buludlar çəkilmək bilmir.
Unikal.org xəbər verir ki, Xoşqədəm Hidayətqızı "Səni axtarıram"da böyük qızı Zeynəbi anası Turanədən ayıran Elçinin ("Yetim") ona dediyi sözləri efirdə açıqlayıb:
"Elçinin pulu var, can sağlığı ilə. Gəlsin ikinci uşağını da aparıb oxutsun. Bir qızını yaxşı saxla, mənə deyir ki, "Mən qızımı hər ay 50-60 minlik bahalı brend markalardan geyindirirəm". Çox təəssüf! Bəs bu qız kimindir? Qız namusdur. Hər bir kişi namusunu qorumalıdır. Bəlkə bu qız başqasınındır. De biz də bilək, DNA testi olsun". Milli.Az