Əməkdar artist Rəşad İlyasovun AzTV-də yayımlanan "Yaradanlar və yaşadanlar" adlı proqramının yayımı dayandırılıb.
Unikal.org-un məlumatına görə, bu haqda "Hər şey daxil" verilişində aparıcı-prodüser Tarix Əliyev (Tolik) deyib.
Bildirilib ki, İlyasovun proqramı yayımdan qaldırılıb, müğənni 6 ay ərzində aparıcı kimi efirə çıxa bilməyəcək.