“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə faktdır. Bu məsələnin aylar sonra hansı məqsədlə medianın gündəminə gəlməsi maraqlı məsələdir”.
Unikal.org xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov musavat.com saytına açıqlamasında deyib:
“Bilirsiniz ki, televiziyalarda canlı yayım zamanı ləngitmə prosesi var. Əgər canlı yayım zamanı hər hansı xoşagəlməz ifadələr işlədilsə, bu ifadənin kəsilməsi və ya yerinə hər hansı başqa səsin verilməsi mümkündür. ATV-də belə imkanları var. Özüm izləmişəm, canlı yayım zamanı bu səslər kəsilib və efirə getməyib. Əgər o xoşa gəlməz ifadə efirə getsəydi, biz bunu bilərdik və telekanalla bağlı tədbir görərdik”.
Qeyd edək ki, sosial şəbəkədə yayılan videoda Röya “Zaurla Günaydın” verilişində Günayın qulağına dediyi söyüş açıq-aşkar eşidilir.