Türkiyənin 8-ci prezidenti Turgut Özalın anım mərasimində CHP və AKP-nin İstanbul bələdiyyəsi uğrunda mübarizə aparan namizədləri Binali Yıldırım ilə Əkrəm İmamoğlu üz-üzə gəlib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Binəli Yıldırım məzarlıqdan çıxarkən CHP-nin namizədi Əkrəm İmamoğlu ilə qarşılaşıb və tərəflər bir-biri əl verib salamlaşaraq ayaqüstü qısa söhbət ediblər.
İmamoğlu daha sonra jurnalistlərin sualını cavablayıb:
"Getdiyi zaman avtmobili saxladıb, düşdüm. Yanına getdim və əlini sıxdım. Bir az daha ayaq saxlası idi qucaqlayardım. Çünki millətin qucaklaşmaya ehtiyacı var. Mən vaxtı öyrəndim və gəldim dua etdim. Harasa gedərkən də B.Yıldırım və ya Cumhurbaşkanı orada olacaq deyə narhat olmuram".