İyunun 12-də Parisdəki Eyfel qülləsi Türkiyə bayrağının rənglərinə büründü. Bu barədə Trend "Haber 7" qəzetinə istinadən xəbər verir.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, qüllə hər günün son oyununun final fitindən 10 dəqiqə sonra "Twitter" sosial şəbəkəsində ən çox dəstək alan ölkənin bayrağının rənglərinə bürünür.
Yarışmanın ilk günündə ən çox səs toplayan Fransa oldu, ikinci gün isə qüllə Uels bayrağının rənglərinə büründü.
Həmçinin qüllə üzərində şar asılıb. Onun üzərində ən çox dəstək alan ölkənin bayrağı əks olunur.