Əkrəm İmamoğlu mandatını aldıqdan sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin binasında fəaliyyətdə olan sədr Mövlud Uysaldan vəzifəni təhvil alaraq vəzifəsinin icrasına başlayıb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
xxx
Əkrəm İmamoğlu İstanbul ədliyyəsinə gəlib. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər veirr ki, Ə. İmamoğlu İstanbul bələdiyyəsinin rəhbəri olduğunu təsdiqləyən möhürlü sənədi alıb.
***
CHP-nin İstanbul bələdiyyə rəhbərliyinə namizədi Əkrəm İmamoğlu "mazbata" (protokol) almaq üçün İstanbul Çağlayan ədliyyəsinə çağırılıb.
Unikal.org Türkiyə mətbuata istinadən xəbər verir ki, bununla bağlı partiyanın İstanbul üzrə nümayəndəsi Canan Kaftancıoğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, İmamoğlu hazırda ədliyyədədir.