Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı Pərvanə Dostəliyeva sosial şəbəkədə atası ilə bağlı video yayımlayıb.
Unikal.org xəbər verir ki, o, bibilərindən narazılıq edib və atasının 6 yaşı olanda ona təcavüz etdiyini bildirib.
Nazpəri məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, qardaşının cavanlıq səhvinə görə onu şantaj edirlər:
"Bu gün bir qadının yayımlanan videosu məni açıqlama verməyə məcbur etdi. Bir xalq artisti olaraq hər zaman ayağımdan dartmağa çalışanlar olub. Bu böhtanların üstündən səbrlə keçmişəm və susmuşam. Videoda görülən bu sərxoş qadın guya mənim qardaşım qızı olduğunu deyir və məni şantaj edir. Mənim qardaşım Ağaların rəsmi nikahdan iki oğlu var. Onun gəncliyində ətrafında çox qızlar olub. Bu qız da yəqin ki, qeyri qanuni yolla dünyaya gələn uşaqlardan biridir. Çox təəssüf edirəm ki, qardaşımın gənclik səhvinə görə mən şantaj olunuram. Bu şantajın səbəbi də mənim bu qızın anası və özünü heç vaxt qəbul etməməyim və yaxına buraxmamağımdı. Mən heç vaxt o qızı qəbul etməmişəm, etməyəcəm də. Ağlı başında olan bir qadın elə sözlər danışmaz. Videodan da görünür ki, onun ağlı başında deyil. Danışdıqları da cəfəngiyyatdır. Buna görə də, onun sözlərini ciddiyə almıram".
Qeyd edək ki, Pərvanə “Qətiyyən məşhur olmaq fikrim yoxdur. İstəsəydim 24 yaşımda məşhur olardım. Şərəfsiz, niyə mən müsabiqədə ikən ayağımdan çəkdin? Qardaşını öyrədirdin. İndi qardaşın Ağalar küçədə yatır. İtə yemək verilən kimi ona yemək verirlər. Allah sizin bəlanızı versin. Anama küçə adamı deyirdilər. Altı yaşım olanda atam Ağalar Dostəliyev mənə Zeynəb Dostəliyevanın mikrorayondakı evində təcavüz edib. Yalandan deyirəmsə, balam ölsün. İndiyəcən susmağımın səbəbi qorxmağım idi. Hazırda xaricdəyəm. Məni nənəm saxlayıb, amma nə atam, nə də bibilərim baxmayıb.
Anamı bədbəxt edib, küçələrə saldılar. Zeynəb anamı təhqir edirdi. İndi 72 yaşın var, bacın da səndən 10 il balacadır. Görün, nə gündəsiniz. Hamısını kişilərə görə edirdiniz. Kişilərin sayəsində bu günlərə gəlib çıxmısınız. Övladım bu dərdi eşitdi. Qızım özünü balkondan atırdı, anam icazə vermədi. Əgər, qızıma ölmüş olsa idi, Nazpərini gəlib, biçərdim. Süni gülüşləri var. Onların xoşbəxt olmağını görüb, yanıram. Anamın həyatını puç elədilər. Yaxşı, mənim günahım nə idi? Anama min dənə ad qoydunuz. Sizi yanasınız! Qardaşın İlqar Dostəliyev anama sataşmışdı. Qardaşın, mənim atam Ağalar kişi deyil. Kişi olsa idi, qızına ilk dəfə Zeynəbin blokunda, sonra 10 gün Zeynəbin evində təcavüz etməzdi. Nazpəri, səndən it kimi qorxurdum. Nazpəri məni yer üzündən yox edərdi. Hansı üzlə insanların qarşısına çıxırsan?” sözlərini deyib.
Pərvanə Dostəliyeva “Azəri Star” yarışmasının iştirakçısı olub.