Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Memur-Sen” təşkilatının toplantısında bələdiyyə seçkiləri il bağlı açıqlama verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyi seçkilərinin nəticəsi ilə bağlı mübarizə aparacaqlarını bildirib:
“Bələdiyyə seçkilərinin nəticələri ilə bağlı mübarizəmizi axıradək davam etdirəcəyik. Mərkəzi Seçki Komissiyası nöqtə qoyandan sonra bu iş başa çatacaq. Həqiqət uğrunda mübarizəmizdən niyə narahatsınız?”.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə seçkilərdə Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu qalib gəlib.