Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Opel" markalı avtomobil idaretmədən çıxaraq yolun kənarındakı su kanılına aşıb.
Qəza nəticəsində sürcü və onun arvadı xəsarət alıb, 4 yaşlı uçağı isə ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.
Faktla bağlı araşdırmalara başlanıb.