Cari ilin yanvar-mart aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 12 milyard 590,6 milyon manat təşkil edib.

Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər 1 milyard 275,7 manat olub. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11 milyard 567,3 milyon manatlıq vəsait qalıb.