İranın Xuzistan vilayətinin Şuştər rayonunda 17 məktəb fəaliyyətini dayandırıb.

Unikal.org-un məlumatına görə, rayonun təhsil idarəsinin direktoru Əlirza Müini deyib ki, yollar bağlı olduğundan müəllimlər məktəbə gələ bilmir.

Qeyd edək ki, aprelin əvvəllərindən Şuştər rayonunda daşqınlar təhlükəsi ilə 34 kənd boşaldılıb.