Xalq artisti Zeynəb Xanlarovanın Heydər Əliyev Sarayındakı iş otağının qapısına asılmış lövhə sosial şəbəkələrdə yayılıb.
Unikal.org xəbər verir ki, lövhədə müğənninin artıq mövcud olmayan SSRİ-nin Xalq artisti kimi təqdim edilməsi izləyicilər tərəfindən etirazla qarşılanıb.
Xatırladaq ki, Xanlarova Zeynəb Yəhya qızı 28 dekabr 1936-cı ildə doğulub. 82 yaşlı sənətkar Azərbaycan SSR xalq artisti (1975), Ermənistan SSR xalq artisti (1978), Özbəkistan SSR xalq artisti, SSRİ xalq artisti (1980) fəxri adlara sahibdir.(baku.ws)