Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu hücuma məruz qalıb.
Unikal.org-un məlumatına görə, bu gün paytaxt Ankarada şəhidin dəfn mərasiminə qatılan partiya sədrinə bir qrup şəxs hücum edib.
Kılıçdaroğlunun mühafizəçiləri müdaxilə edərək insidentin qarşısını alıblar. Daha sonra CHP lideri polislərin müşayiəti ilə evə aparılıb. Onun xəsarət almadığı bildirilir.
Hazırda müxalifət liderinin yaşadığı ev polis nəzarətində saxlanılır.