Maliyyə Nazirliyi fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün ilk tranş çərçivəsində 350,8 milyon manat ayırıb.
Bunu Unikal.org-a nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev deyib.
Onun sözlərinə görə, bu vəsait bankların və bank olmayan kredit təşkilatlarının, eləcə də ləğvetmə prosesində olan təşkilatların hesablarına köçürülüb.
Qeyd edək ki, bu gündən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsinə başlanılıb. Kompensasiyaları 602 347 nəfər alacaq.