Macarıstanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil məsələləri üzrə ikinci katibi Mihay Qruber Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb.

ADU-nun Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Macarıstan təhsil sistemi haqqında danışan qonaq universitetdə yaradılan şəraitə görə təşəkkürünü bildirib. O, tələbələrin Macarıstanı seçmək səbəblərindən danışaraq ölkə haqqında ətraflı məlumat verib. M.Qruber Macarıstanda xarici tələbələr üçün ali təhsil forması, beynəlxalq proqramlar, təqaüd proqramlarından söz açıb. Macarıstanda təhsil almaq şərtləri, tələblər, ödəniş formaları ilə bağlı danışan qonaq müraciət prosesi haqqında məlumat verib.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.