Bakıda tanınmış bəstəkar Süleyman Ələsgərovun adının veriləcəyi küçə müəyyənləşib. 

Unikal.org xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sərəncamı ilə, Nəsimi rayonu Kiçik Dəniz küçəsinin adı dəyişdirilərək Süleyman Əyyub oğlu Ələsgərovun adı verilib.

Xəbəri Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov Unikal.org-a təsdiqləyib.

Famil Fərhadoğlu