İranda dindarları daşıyan avtobusun aşması nəticəsində çoxlu sayda ölən və yaralananlar var
Unikal.org gunaz.tv-yə istinadla xəbər verir ki, axşam saatlarında İranın Loristan vilayətində dindarları daşıyan avtobus yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 6 nəfər ölüb, 44 nəfər yaralanıb. Avtobus dindarları ziyarət məqsədi ilə Cəmkəran məscidinə aparırmış.
Hələlik qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.