"Yaşamayanlar" serialının aktrisası Elit İşcan birlikdə rol aldığı aktyor Efecan Şenolsunu məhkəməyə verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa həmkarını təcavüz və təhqirdə günahlandırır.
Bu gün keçirilən məhkəmədə 18 nəfər şahid qismində dindirilib.
Prokuror gənc aktyor üçün 7 ildən 17 ilədək həbs cəzası istəyib.
Qeyd edək ki, Elit adıçəkilən serialın çəkilişi zamanı Efecanın onu zorla qucaqlayaraq öpməyə çalışdığını və istədiyinə nail ola bilmədikdə də təhqiramiz sözlər işlətdiyini deyib.