Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinin görüş yeri dəqiqləşib.
Unikal.org Rusiya mediasına istinadən xəbər verir ki, prezidentlər aprelin 25-də Vladivostokda görüşəcək.
Məlumata görə, iki liderin görüşü Russki adasında yerləşən Uzaq Şərq Federal Universitetinin kampusu ərazisində baş tutacaq. Danışıqlardan sonra Putin Çinə gedəcək, Kim Çen In isə aprelin 26-dək Vladivostokda qalacaq. Burada onun üçün mədəni proqram hazırlanıb.