Günay Bank Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla əlaqədar bank üzrə kompensasiya ilə təmin olunacaq şəxslərin siyahısını tam təhlil etmiş və həmin şəxslərin bankın Baş Ofisində qarşılanmasını nəzərdə tutub.
Unikal.org xəbər verir ki, ünvan və əlaqə nömrələri dəyişmiş şəxslərdən Bankın 1546 saylı Çağrı Mərkəzinə müraciət edib bu barədə məlumat verməsi xahiş olunur.
Məlum devalvasiyadan zərərçəkmiş hər bir vətəndaş AR Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala (pk.fimsa.az/az/kompensasiya) daxil olaraq, hesablanmış kompensasiya və restrukturizasiya barədə məlumat əldə edə bilər.
Nəzərinizə çatdırırıq ki, 500 manata qədər məbləğ alan vətəndaşlar nəgd, daha çox miqdarda vəsait alan şəxslər isə ödəniş kartları vasitəsilə kompensasiya olunacaqlar.