Ukraynada prezidentliyə namizəd, şoumen Vladimir Zelinski seçkilərin ikinci turunda 73,22 faiz səslə qələbə qazanıb. Ölkənin hazırkı prezidenti Petr Poroşenko isə 24,45 faiz səs yığa bilib.
Unikal.org xəbər verir ki, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyası rəsmi məlumat yayıb.
Qeyd olunub ki, elektron protokolların 100 faizi hesablanıb. Bülletenlərin 2,31 faizi etibarsız sayılıb.