Türk model və aktrisası İpək Tanrıyarın xına gecəsi olub.
Unikal.org xəbər verir ki, gecənin keçirildiyi məkana at belində gələn model böyük marağa səbəb olub.
Modelyer Muammer Ketenci və baldızı İpəyin əlinə xına yaxıblar. 41 yaşlı model xına gecəsi mahnılarının təsiri ilə gözyaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, İpək 28 apreldə sevgilisi Murat Evlər ilə nikah masasına oturacaq.