Aktyor Fərda Xudaverdiyev “Hər şey daxil” proqramında qonaq olub.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, o, sənətdən getməsi ilə bağlı paylaşdığı videonun səbəbini açıqlayıb.
“Mən bu sənətlə nəfəs alıram. Arada oxuyuram, deyirlər ki, Fərda müğənni olacaq. Qorxmayın, Fərda müğənni olan deyil. Sadəcə, həvəsdir, istəyirsən, yenilik edəsən. Sənətdən getmək, mənim üçün özündən getməkdir.
İki günün içində depresiyaya düşdüm. Sonda dedim ki, bəsdir daha. Bunun iki yolu var idi: ya intihar etməliydim, ya da belə. İntihar edə bilərəm, özü də dəf kimi. Problemlər həll olundu, hətta bilet sifariş edib, ölkədən gedirdim. Hər şey dost kimi yoluna qoyuldu” deyə, aktyor söyləyib.