Moskva regionunda son illərin rekord temperaturu qeydə alınıb.
Unikal.org-un məlumatına görə, Rusiya paytaxtında termometrlər 22,3 dərəcə isti göstərir.
"Fobos" hava mərkəzinin mütəxəssisi Aleksandr Sinenkov deyib ki, son 13 ilin ən isti 24 aprel tarixi 2012-ci ildə qeydə alınıb. Həmin vaxt temperatur +21,3 dərəcə olub.
Sabah isə Moskvada istilik 24 dərəcəyə qədər yüksələcək.