Müğənni Sevda Yahyayevanın ögey atasının "Sevda anasını məndən ayırıb, evində xidmətçi kimi saxlayır" iddiası böyük rezonans yaradıb.
Unikal.org xəbər verir ki, Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramında ifaçının ögey atası onun ünvanına səsləndirdiyi ittihamlara prodüser Tarix Əliyevi özündən çıxarıb.
O, Sevdanın atalığının bu addımına olduqca sərt ifadələrlə etiraz edib:
"Kaş şou-biznesdə və televiziyalarda Sevda kimi abırlı və hörmətini saxlayan xanımlar çox ola! O kişi kimdir, bilmirəm. Şəxsən mənim anamla Sevdanın anası 5 il əvvəl bir yerdə 14 gün Naftalanda müalicə alıblar. Heç o vaxt bu papağına qusduğum kişi yox idi. Mən Sevda ilə işləmişəm və heç vaxt esitməmişəm ki, Sevdanın atalığı var.
Bu nədir axı, istəyən çıxır tanınmışlara şər atır və bunun cavabı verilmir. Mən şəxsən bu kişini görsəm üzünə tüpürərəm! Sənin kimi ağsaqqalın üzünə tüpürüm, şərəfsiz, bigeyrət! Kişilikdən bixəbər! Sənin nəslində Sevda kimisi olmaz. Sən kişi olsaydın efirə qaçmazdın, reklam axtarmazdın. Şərəfsizin yekəsi sənsən ki, qızın adını ləkələmək istəyirsən. Sənə niyə baxmalıdır, papağına qusum sənin! Sənə hörmət edən də sənin tayındır. Bəlkə də axtarsaq, şərəfziliyinə görə səndən üz çeviriblər".
Bu statusundakı təhqiramiz ifadələrə görə tənqid hədəfinə tuş gələn Tolik bir müddətdən sonra mətni dəyişərək yeni status paylaşıb. O, bu paylaşımında etirazını daha yumşaq şəkildə bildirib:
"Sizə görə mətni dəyişirəm! Amma yenə də deyirəm, sənin kimi ağsaqqal olmaqdansa, vallah olmasın. Şou-biznesdə çox hörmətli insanlar var və heç vaxt efirdən istifadə edib problem həll etməyiblər. Sən bir yaşından-başından, papağından utan! Çıxıb qızın yaşında olan Azərbaycanda tanınan müğənnini biabır etməyə çalışırsan. Sevda səndən pul alıb? Sevda sənin hesabına ev alıb? Sən bu gün-sabah öləcəksən, amma o gəncdir, hələ yaşamalıdır. Burada ağsaqqala hörmət qoyanlara sözüm budur, hər ağsaqqal ahıl yaşında gəncləri biabır edəcəksə, belə ağsaqqala şəxsən mən hörmət etmirəm!"