Məşhur "Koaçella" musiqi festivalı zamanı herpes virusunun kəskin yayılması qeydə alınıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qısa zaman ərzində yüzlərlə insan bu virusla bağlı xəstəxanalara müraciət edib.
Virusa yoluxanların İndio, Palm Dezert, Los-Anceles və San-Dieqo şəhərlərinin sakinləri olduğu bildirilib. Festivalın əsas qonaqları da məhz bu şəhərlərdə yaşayır.
Qeyd edək ki, herpes virusu birbaşa təmasla və cinsi yolla keçir.