Şimali Koreya lideri Kim Jong-Un ABŞ prezidenti Donald Tramp Vyetnamın Hanoy şəhərində keçirilən sammitdə orta məxrəcə gələ bilmədiyi üçün danışıqlarda iştirak edən 4 diplomatı edam etdirib.
Unikal.org xəbər verir ki, Kim Jong-Un Donald Trampla Veytanmda keçirdiyi sonuncu görüşün uğursuz nəticələndiyi üçün diplomatları edam etdirmək qərarını verib. O, ölkəsinə qayıdan kimi Amerika agenti adı ilə, 4 diplomatı güllələtdirib.
Sammitin müvəffəqiyyətsizliklə nəticələnməsində, Koreyanın planları barədə qabaqcadan Amerikaya məlumat verməkdə günahlandırılan diplomatlar Kommunist Partiyasının səlahiyyətli şəxsləri və hərbi rəsmilərinin iştirakı ilə güllələnərək edam edilib.