Martın 31-də İstanbulda keçirilən bələdiyyə seçkiləri ilə bağlı hakim Ədalət və İnkişaf Partiyası tərəfindən ölkənin Ali Seçki Komissiyasına göndərilən məktub barədə son qərarın mayın 3-də veriləcəyi gözlənilir.
Unikal.org xəbər verir ki, seçkilərə etiraz olaraq yeni qərarlar verilib. Bu qərarlarda İstanbulun bəzi rayonları üzrə səslərin yenidən sayılması nəzərdə tutulub.
Yenidən sayıma dair qərar aidiyyəti rayonlara aprelin 29-da göndəriləcək və tamamlanması üçün 5 gün möhlət veriləcək.