Aktrisa Mehriban Xanlarova yol qəzası keçirib.
Unikal.org xəbər verir ki, hadisə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib.
Hadisə nəticəsində aktrisanın ayağı sınıb. Onun yanında sərnişin qismində rəfiqəsi də olub, həmin qadın isə kəllə-beyin travması alıb.
Hər iki yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.
Avtoqəzanın təfərrüatları araşdırılır.