Yaşadığı binanın 5-ci mərtəbəsində yerləşən evinin pəncərəsinə çıxan qadın ətrafdakıları qorxuya salıb. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ankaranın Altındağ bölgəsində baş verib.
Belə ki, qadının həddən artıq spirtli içki qəbul edən qadının pəncərəyə çıxdığını görən sakinlər polisə və xilasedici qüvvələrə məlumat verib. Hadisə yerinə yanğınsöndürmə, səhiyyə və polis dəstələri sövq edilib. Qadının düşmə ehtimalına qarşılıq tədbirlər alıb.
Şüşənin kənarına oturan alkoqollu qadın göz yaşlarına hakim ola bilməyib.
Ətrafdakı vətəndaşların maraqlı gözlərlə hadisəni seyr etməsi isə kameralara əks olunub. Xilas edilən qadın ilkin müayinə edilmək üzrə sanitar maşına mindirilərək xəstəxanaya çatdırılıb.