Türkiyənin məşhur müğənnisi Kibariyənin qızı Birgül Küçükbalçık Ataköydəki şadlıq saraylarının birində evlənir.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kibariyənin qızı hələ 14 yaşında olarkən məhkəməlik olduğu Bülent Burakla ailə həyatı qurur.
Belə ki, Kibariye'nin qızı Birgül Küçükbalçık sosial şəbəkədə tanış olduğu Burak adlı gənç ilə 14 yaşında cinsi münasibətdə olub. Hadisədən xəbərdar olan ailə polisə müraciət etmişdi. Bundan sonra Küçükbalçık və Uçar ailələri məhkəməlik olmuşdu.
Hətta o zaman Birgül Küçükbalçıkın yaşı uyğun olmadığı üçün Ailə və Sosial Politikalar Nazirliyi araya girərək ailələr arasında münasibəti düzəltməyə çalışıb.
Birgül 18 yaşını tamamladıqdan sonra iki ailə yenidən bir araya gələrək münasibətlərini düzəldib və gənclərin evlənməsi üçün ilk adımı atıblar. 2018-ci ildə nişanlanan cütlük bu gün ailə həyatı qurmağa hazırlaşır.
Cütlük evlənəndən sonra Kibariyənin Bağdat məhəlləsindəki evində yaşayacaqlar.