ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi müğənni Əli Mirəliyev olub.

Unikal.org xəbər verir ki, müğənni Roza Zərgərlinin özünü mərhum Xalq artisti İlhamə Quliyevanın taxt-tacına namizəd görməsi ifaçını özündən çıxarıb:

“Nə qoyub, nə axtarırsınız, ay bədbəxtlər? İlhamənin yeri sizlik deyil, o yer boş qalacaq. Heç kim İlhamənin addımını ata bilməz. Nə gəldi oxuyurlar, nə gəldi deyirlər. Belə olmaz...

Gic xəyallara düşən insanlar, İlhamə Quliyeva bu sənətə illərini verib. Hər kəs öz işi ilə məşğul olsun. O yerdə yalnız bir şəxs əyləşə bilər, o da Flora Kərimovadır. Çünki onun haqqı var və o, Azərbaycanda çox böyük müğənnidir.  Onu nömrə 1 sayıram.,  İlhamə də nömrə 2 idi”.

Qeyd edək ki, Əli Mirəliyev aylar öncə ARB TV-nin “Səhər-Səhər” verilişində Zərgərlinin qarşısında diz çökməyi ilə yadda qalmışdı.(axsam.az)