Xəzər dənizində, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında baş vermiş qəza nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb.
Unikal.org xəbər verir ki, bu barədə ona-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.
O bildirib ki, xəsarət alanlardan 7 nəfəri reanimasiyaya yerləşdirilib: "Reanimasiyada olan yaralılardan 3 nəfərinin vəziyyəti ağırdır".
P. Abubəkirov qeyd edib ki, xəsarət alanlardan 7 nəfəri isə stasionar şəraitdə müalicə olunurlar.