Rusiya prezidenti Vladimir Putin mayın 10-da Soçidə keçirilən ənənəvi hokkey oynayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, “Gecə Hokkeyi Liqası”nda buz üstünə çıxan rusiyalı lider “Hokkeyin əfsanələri” komandasının tərkibində yarışıb. Putinin komandası 14:7 hesabı ilə qalib gəlib. Qeyd olunur ki, Rusiya prezidenti 8 şayba vurub.
Görüşün sonunda tribunada əyləşən tamaşaçıları salamlayan Putin sürüşərək yıxılıb. O, digər hokkeyçilərin köməyilə ayağa qalxıb.
Qeyd edək ki, “Gecə Hokkeyi Liqası” 2011-ci ilin dekabrında Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Rusiya prezidenti liqanın qala-matçlarında bir neçə dəfə iştirak edib.