2016-cı ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 21 512,8 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2% az ümumi daxili məhsul istehsal edilib.
 
Dövlət Statistika Komitəsindən unikal.org-a verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub. Əlavə dəyərin 39,8%-i sənayedə, 12,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6%-i tikinti, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə, 16,4%-i isə digər sahələrdə istehsal edilib.
 
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2239,4 manata bərabər olub.