Mayın 28-də Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyəti “Bakı Metropoliteni” QSC-yə 10 ədəd yeni vaqon təhvil veriləcək.

Unikal.org-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”nin baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə, ümumilikdə, cari il ərzində 20 vaqonun alınması planlaşdırılır: "Qalan vaqonlar sentyabrın sonunadək gətiriləcək".