May ayının 29-da Bakı şəhərinin Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi hazırlıqlara başlayıb.

Unikal.org-un  əldə etdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları Bakı Olimpiya stadionu ətrafında təlimlər keçirib. Məqsəd oyun zamanı Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkilidir.

Qeyd edək ki, final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən Bakıya gələcək çox saylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla da birlikdə zəruri tədbirlər həyata keçirəcək.

Famil Fərhadoğlu